Bir müddətdir Azərbaycanda olan müğənni İradə İbrahimova Bakıdan yeni paylaşımlar edib.
OLAY yazır ki, sənətçi bu dəfə Şəhidlər Xiyabanını ziyarət etdiyi anları izləyiciləri ilə bölüşüb.
“Hər addımımda, yaxınlaşdıqca nitqimin tutulduğunu, qanımın çəkildiyini, sözlərin, təsəllinin mənasızlaşdığını, ”yaşamamısan, haradan biləcəksən ki”, ”sən heç yetim, ərsiz, atasız qaldın?” dediyimi, vicdanımın, yaşadığım nisgilin dərəcəsini sorğu-sual etdiyim yerə gəldim. İradə, o zaman “sus” dedim. “Savm-ı samt” (susmaq orucu) dedim. Oruc dediyimiz sadəcə yemək-içməkdən uzaq durmaq deyil, Allah adına lazımi yerlərdə, lazım olduğu qədər susmaqdır. Susmaq iç dünyanla danışmamaq da deyil. Əksinə içinlə söhbət etmək üçün çöl ilə əlaqəni kəsməkdir. Hər ziyarətimi ölməmə günləri olaraq qeyd edirəm”, - deyə, İbrahimova bildirib.