Xalq artisti Emin Ağalarov daha bir restoran açıb.
OLAY yazır ki, “Куриная Лига” adlı fəstfud restoranının digər ortağı isə Kiril Qusevdir.
“Ölkədə ən çox istehlak edilən məhsul toyuqdur. Bir çox fəstfud markalarının bizdən ayrıldığını nəzərə alaraq, bir konsepsiya hazırlamağa qərar verdik. Təşəbbüs Kirilin idi. Mən onu dəstəklədim və inandım. Burada təklif olunan çoxsaylı yeməklərin hamısı toyuq ətindən ibarətdir. Çoxlu əla məhsullar var. Restoranda toyuq bulyonundan və kotletdən tutmuş toyuq piroqları və digər yeməkləri görə bilərsiniz. Düşünürəm ki, bura həqiqətən çox qeyri-adi olacaq”, - deyə, Emin bildirib.
Qeyd edək ki, açılış günü kassanın arxasında məşhurlar dayanıb. Onlar kassada növbə ilə bir-birini əvəz edib, ləzzətli sifarişlər verib, həmçinin qonaqlarla selfi çəkdiriblər.