Fotosessiya
Fotosessiya

“Nə əcəb havalanmamışam?”

“Nə əcəb havalanmamışam?”

“Çox qəribədir, nə əcəb mən hələ havalanmamışam?”.

OLAY yazır ki, bu sözləri teleaparıcı və səyyah Azər Qəribov sosial media hesabında yazıb.

O, fikirlərinə belə aydınlıq gətirib:

“Axı havada bu qədər zaman keçirən adam avtomatik olaraq havalanmalıdır, deyilmi? Həqiqətən də həyatımın böyük bir qismi havada keçir, burdan ora, ordan bura, Fiqaro tam, Fiqaro tut, hər dəfə də eyni hisslər keçirirəm, həyacan və müəyyən dərəcədə qorxu. Bəli, uçuş stajıma baxmayaraq qorxu hissi hələ də canımdan çıxmır. Amma havalanmamağımın səbəbi çox sadədir.

Cazibəli bələdçinin sadəcə bir təbəssümü və kapitanın qüvənli səsi kifayətdir ki, mən sakitləşim və üzümü pəncərəyə çevirib selfi çəkim, quya siz çəkmirsiniz. Bu gün Mülki Aviasiya Günüdür, mən səmimi olaraq aviasiyada çalışan bütün əməkdaşlara dərin təşəkkürümü bildirirəm, ələxüsus da bələdçilərə və pilotlara. Var olun, sağ olun, bələdçilərə isə sonsuz səbr diləyirəm”.