Fotosessiya
Fotosessiya

Amerikanın ən zəngin qadınları...

Amerikanın ən zəngin qadınları...

ABŞ-ın “Forbes” jurnalı Amerikanın ən zəngin qadınlarını açıqlayıb.

OLAY yazır ki, hazırda “Renessans” adlı dünya turu ilə pərəstişkarları ilə görüşən Beyons siyahıda 48-ci yerdədir. “Forbes”in məlumatına görə, müğənninin ümumi gəliri 540 milyon dollardır.

“Keeping Up with The Kardashians” realiti şousu ilə dünyada nəhəng fenomenə çevrilən Kardaşyan/Cenner klanının ən gənc üzvü Kayli Cenner ardıcıl 6-cı dəfə siyahıda yer alıb.

Cenner 680 milyon dollar gəlirlə 38-ci yerdədir.

17 illik musiqi karyerası ərzində bir çox rekordlar qıran və aldığı mükafatlarla tarixə düşən amerikalı müğənni Teylor Svift 740 milyon dollarla musiqi sənayesinin ikinci ən zəngin qadını olub.

Svift siyahıda 34-cü yerdədir.

Porno ulduz Kim Kardaşyan 1,2 milyard dollarla siyahıda 21-ci yerdə qərarlaşıb.

Hazırda ikinci övladına hamilə olan Rihanna 20-ci yerdə qərarlaşıb.

Alt paltar markası SavageX Fenty və Fenty Beauty gözəllik markasına sahib müğənni 1,4 milyard dollar qazancı ilə dünyanın ən varlı qadınları siyahısındadır.