Fotosessiya
Fotosessiya

“Ədalətə görə özümü öldürmək istəmişəm”

“Ədalətə görə özümü öldürmək istəmişəm”

“Ədalət Hacıyev Mərkəzi Komitədə çalışırdı. 1988-ci ildə mən evlənəndə artıq sənətdə idim, o illərdə universitetdə oxuyurdum. 1985-ci ildə “Bir daha yaşayırıq” mahnısını oxumuşdum və məni hamı tanıyırdı".

OLAY yazır ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “El canlı” verilişində deyib.

O, həyat yoldaşının hər zaman yanında olduğunu vurğulayıb:

“Bütün çəkilişlərə Ədalətlə bir yerdə gedirdim. Amma səhnə arxasında qalırdı. Rejissorları, aparıcıları tanıyırdı. İndi necə, onda da elə! Ona deyirdilər ki, həyat yoldaşın səhnə insanıdır. Necə olacaq? Cavab verir ki,  “həkim olsaydı, növbədə onunla otura bilməyəcəkdim. Yaxşı ki, sənət insanıdır. Yanında rahat gedə bilirəm”. Yəni, hər zaman yanımda olub, amma səhnə arxasında qalıb”.

Xalq artisti bildirib ki, Ə. Hacıyevi başqa xanımla gördünüyünə görə özünü öldürmək istəyib:

“Vaxt var idi, Ədalətə görə özümü öldürmək istəmişəm.  Zulya (Zülfiyyə Xanbabayeva -red) dedi ki, sənə dərman verəcəm, içib ölərsən. Dörd ədəd verdilər. Düşündüm ki, qara rəngdədirsə, 100 faiz məni bu dərmanlar öldürəcək. Oturdum avtomobildə, fikirləşdim ki, özümü burada öldürüm. Evdə etsəm, nənəm qorxar. Bu dərmanları içdim amma gördüm ki, ölmürəm.

Bir-iki saatdan sonra gedib soruşuram ki, “Bu nə idi mənə verdiz, içdim, ölmədim? Söylədilər ki, həzm dərmanı... Ədaləti bir qızla görmüşdüm. Dedim ki, özümü öldürəcəm. O da mənə gülüb demişdi ki, dəlisən, məndən xahiş etmişdilər ki, qonşumuzun qızıdı, onu  aparım”.

Qeyd edək ki, Ədalət Hacıyev Səməd Vurğun adına Akademik Rus Dram teatrının direktorudur.