Fotosessiya
Fotosessiya

Hadise onları məhkəməyə verdi

Hadise onları məhkəməyə verdi

Müğənni Hadise Reza Zarrabla münasibət yaşadığını iddia edən və onun ünvanın ağır sözlər deyən üç aparıcı- Bircan Bali, Seren Serengil, Artonu məhkəməyə verib.  

OLAY yazır ki, eyni zamanda sənətçi həmin aparıcıların yer aldığı Beyaz TV-dən 50 min lirə dəyərindən təzminat istəyib. 

Hadisə bununla bağlı  İstanbul Hüquq Məhkəməsinə şikayət ərizəsini təqdim edib. İfaçı bildirib ki, üç aparıcı mətbuat üzvi deyil və onun hüquqlarını heçə sayaraq Reza Zarrabla münasibəti olduğunu bildiriblər. Bununla da, Hadisenin ictimai nüfuzuna xələl gəlib. 

Aparıcıların iki ildir ki, onun şəxsi həyatına təcavüz etdikləri də şikayət ərizəsində qeyd edilib. Hadisenin vəkili Orhan Erol Müezzinoğlu isə “Türkiyədə bir popstar beynəlxalq kanalda hər gün şantaj və təhdidə məruz qalır. Müvəkkilimin iş və ailə nəznində sahib olduğu etibar və sayqı zərər görür”- deyə vurğulayıb.

Qeyd edək ki, məhkəmə dəlil çatışmazlıqlarının aradan qaldırılması barədə qərar çıxararaq iclası təxirə salıb.

Samirə Sərkər