Model Razi Əliyeva ona şiddət göstərdiyi iddia edilən keçmiş sevgilisi Ziya Hüseynzadədən rəsmi şəkildə şikayətçi olmayıb.
OLAY-ın əldə etdiyi məlumata görə, buna səbəb R. Əliyevanın hazırda Türkiyədə olmasıdır. O, sosial media hesabından Daxili İşlər Nazirliyinin instaqram hesabını işarələyərək kömək diləsə də, hələ ki ərizə yazılmayıb.
Bununla bağlı, Razi bu gün Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna gedərək sözügedən şəxsdən şikayətçi olacaq. O, Z. Hüseynzadənin şiddət və hədələrindən ölkəni tərk etdiyini, qorxduğu üçün Vətənə qayıda bilmədini iddia edib.