Daxili İşlər Nazirliyi model Razi Əliyevaya qarşı şiddət məsələsini nəzarətə götürüb.
OLAY yazır ki, bu barədə bloger Aysel Şükür məlumat yayıb.
Bildirilir ki, yayılan görüntülərlə bağlı araşdırmalar başlayıb. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, R.Əliyeva sevgilisi Ziya Hüseynzadə tərəfindən döyüldüyünü və evə həbs edildiyini açıqlayıb. Onunla bağlı xoşagəlməz görüntülər müxtəlif sosial şəbəkə hesablarında paylaşılıb.