Xalq artisti Aygün Kazımova yenə obyektiv qarşısına keçərək fotosessiya etdirib.
OLAY yazır ki, pop ulduz bu dəfə tamamilə fərqli obraz yaradıb, “gəlincik” obrazını canlandırıb. Bunun üçün müğənni xüsusi hazırlanan, fərqli pariklərdən və aksessuarlardan istifadə edib.
A. Kazımova sözügedən çəkiliş üçün Türkiyəyə üz tutub. İdeya müəllifi dizayner Rüfat İsmayıldır.
Sənətçinin obrazları üzərində Berker Kuşku çalışıb. Fotoların müəllifi Erman İstahlıdir. İlk dəfə bu formada şəkillər çəkdirən ifaçının makiyajı Andrea Şeehana həvalə edilib.