WOW
WOW

“Çəhrayı” məşhurlar

“Çəhrayı” məşhurlar

Məşhurlar hər zaman geyimləri ilə diqqət mərkəzində olur. Onların libasları müzakirə edilir, yaxşı və ya pis geyinməkləri qeybət mövzusuna çevirilir.

OLAY bu dəfə çəhrayı rəngə üstünlük verən tanınmışları bir araya toplayıb. Məşhurların sırasında Herri Staylesdən tutmuş Kendall Cennerə qədər simalar yer alıb.

Bəs, çəhrayı rəng nəyi ehtiva edir?

Çəhrayı şirinliyin, saflığın və uyğunluğun rəngidir. Xoşbəxtlik verən hadisələrin simvoludur. Davakar və uyğunsuz deyil. Daim gənc qalmaq və düşüncəli olmağı təmsil edir. Bəzən qırmızı kimi, sevgini də simvolizə edir. Romantik və zərif rəngdir. Eyni zamanda, sakitləşdirici təsirə malikdir. Ürəkyumşaldıcı tərəfi də var.

Həbsxanaların birində qapı və pəncərələri çəhrayıya boyayan məhbusların aqressiv hərəkətlərinin azaldığını görüblər. Çəhrayı enerjini çəkən sakitləşdirici bir ab-havaya malikdir. Lakin bəzən onun sakitləşdirici “vaybı” çox qısa çəkir.

Çəhrayını sevənlər həssas, əyləncəli, məsuliyyətlərinin fərqində olan və bir az ürkək insanlardır. Ancaq ürkək olduqlarını çox hiss etdirmirlər. Çəhrayı rəng ən çox animasiya və cizgi filmlərində istifadə olunur.

Hər nə qədər bəzi ölkələrdə fərqli olsa da, çəhrayı qadınlara məxsus bir rəngdir. Xüsusilə, filmlərdə femen obrazların geyimləri başdan ayağa çəhrayı rəngdə olur.