Fotosessiya
Fotosessiya

Nigarın oğlu oldu - Yenilənib

Nigarın oğlu oldu - Yenilənib

Stilist Nigar İbrahimovanın ikinci övladı doğulub.

OLAY-ın əldə etdiyi məlumata görə, onun oğlu dünyaya gəlib.

***

11:24

Stilist Nigar İbrahimova bu günlərdə ana olacaq.

OLAY-ın məlumatına görə, sənətçinin oğlu dünyaya gələcək. Nigar bu barədə instaqramda da paylaşım edərək doğuma girəcəyini açıqlayıb:

“Həyatımda daha bir möcüzənin bitib, digərinin başlaması anına girəcəyəm inşallah. 9 ay bətnimdə insan böyütməyin zövqünü, duyğusunu yaşadan Allaha min dəfə sonsuz şükürlər olsun. Duyğularım izahsızdır. Sadəcə bunu hər arzusunda olan qızlarımızın yaşamasını arzulayıram. Bu lütfü mənə yaşadan Allaha min kərə şükürlər olsun. Təşəkkür edirəm. Əmanət məndən məmnundurmu, bilmirəm, amma əmanəyə gözəl baxdım. Könlümüzdən keçən gözəl şeylərin haqıında xeyirli olması diləyi ilə arzularınıza çatın, qızlar. Övlad arzusuyla evinizin çırağı yansın, işıq saçsın, heç vaxt boynunuz bükük qalmasın, köks ötürməyəsiniz, hansısa uşağı görəndə siz də ürəkdən sevin və doğru günü, doğru saatını, tarixi gözləyin. Gözəl əməllər edib, bir gün Allah mübarək mükafatı ilə qapınızı döyəcək. Əminəm və təcrübəmi sizinlə içdən bölüşdüm. Bu möcüzənin uzun hekayəsi var, dostlarım bilir”.

Qeyd edək ki, Ruslan Saniyev adlı bəylə evli olan Nigarın bir qızı var.