Fotosessiya
Fotosessiya

“Ay bədbəxt, “paçka”larla pul görmüşəm”

“Ay bədbəxt, “paçka”larla pul görmüşəm”

Müğənni Manaf Ağayev sosial şəbəkədə yayılan videosuna aydınlıq gətirib.

OLAY yazır ki, o, Şamaxı toyunda cibinə “şabaş”lar qoyulmasını tənqid edənlərə cavab verib:

“Haqqımda xoşagəlməz sözlər yazdılar. Guya mən kiminsə cibinə girmişəm. Ay şərəfsiz, o, kasıbdır. Verdiyi isə 20 manata ehtiyacım yoxdur. Amma onun ürəyi o qədər istəyir ki, gətirir, o pulu cibimə qoyur. Ay bədbəxt, mən "paçka"larla pul görmüşəm. Başıma o qədər pul yağdıran olub ki,.. 40 ildir ki, bu meydanda, sənətdəyəm. Yazmaqdan, deməkdən ki, “halal olsun, o boyda toyu mikrofonsuz idarə etmisən”. 

Özünüz də gördünüz ki, mən heç baxmırdım ki, kim, nə qədər mənim cibimə pul qoyur. Çünki həmin an oxuyurdum. O da böyük pullar deyil ki,.. Rayon yeridir də, kasıb insanlardır. Ay bədbəxtlər, axı sizi yandıran nədir? Həmin adamlar isə tanıdığım sənət adamları və sosial şəbəkə izləyiciləridir”.