Bloger Aynişan Quliyeva növbəti izləyicisi ilə gərginlik yaşayıb.
OLAY yazır ki, influenser bir istifadəçinin “Bu kimi insanlar özlərini göstərməkdən başqa bu cəmiyyətə bir fayda verirlər?”,- rəyindən narahat olub. O, həmin şərhi instaqram hekayəsində paylaşaraq abunəçiləri ilə sorğu-sual edib və bu sözləri yazıb:
“Gəlin xanımı bir az məlumatlandıraq”.
Quliyevanın izləyiciləri onun gördüyü işlər, uğurları, gözəlliyi barədə məlumatlar yazıb. Aynişan sözügedən rəyləri “story”də yayaraq “ümid edirəm ki, xanımı bu gecə məlumatlandırdıq. O da, biz də rahat yata bilərik”,- sözlərini qeyd edib.
Qeyd edək ki, bloger bundan əvvəl bir izləyicisi barədə hüquq-mühafizə orqanlarına şikayət ünvanlamışdı.