Fotosessiya
Fotosessiya

Nejatın qalmaqallı gecəsi - Təhqir etdi

Nejatın qalmaqallı gecəsi - Təhqir etdi

Türkiyənin tanınmış aktyoru Nejat İşler ilə jurnalistlər arasında münaqişə yaşanıb.

OLAY yazır ki, o, dostları-aktyor Rıza Kocaoğlu və rejissor Uluç Bayraktar ilə bir restoran çıxışı görüntülənib. Sərxoş olan İşler onu çəkməyə çalışan müxbirləri təhqir edib.

Bundan başqa, aktyor Rıza Kocaoğlunun qolundan tutaraq güclə çağırdığı taksiyə tərəf gedib. Müxbirlər ona özlərini təhqir etdiyini söyləsələr də, İşler bunu qəbul etməyib. Daha sonra sənətçi “Təhqir etmişəmsə, sübut edin” deyərək jurnalistlərə cavab verib.

Bu sözlərin ardınca İşler taksiyə minib və maşının pəncərəsindən əlini havaya qaldıraraq müxbirlərə qeyri-etik əl hərəkəti edib.