WOW
WOW

Mehriban Zəki Qazaxıstanda jüri olacaq

Mehriban Zəki Qazaxıstanda jüri olacaq

Xalq artisti Mehriban Zəki Qazaxıstana yola düşür.

OLAY-ın əldə etdiyi məlumata görə, aktrisa V “Korkut Ata” festivalında münsif kürsüsündə əyləşəcək. Tədbir bu gün start götürəcək.

Qeyd edək ki, 2021-ci ildən təşkil olunan türk dünyasının film festivalının birincisi Türkiyənin İstanbul şəhərində keçirilib, tədbir 2023-cü ildə isə Bakıda baş tutmuşdu.