“Koronavirusa yoluxanda həkimlər inanmırdı sağalacağam. Deyirdilər ki, işin Allaha qalıb. Ölüm vəziyyətinə düşmüşdüm. Ancaq ölümdən qorxmurdum”.
OLAY yazır ki, bu sözləri müğənni Mətanət İsgəndərli “Zaurla Günaydın” proqramında qonaq olarkən deyib.
Sənətçi 2021-ci ildə koronavirusdan əziyyət çəkdiyi haqda və yaşadığı anlardan söhbət açıb:
“19 gün reanimasiyada yatmışam. Əgər qədərimdə ölüm varsa, öləcəm. Ölümdən qorxmuram. Allahın izni olmadan insan ölə bilməz. Bilirsiniz ki, koronavirusdan nə qədər insan öldü. Mənim ciyərlərimdə 80 faiz şüşələşmə var idi. Saturasiyam isə çox aşağı idi. Artıq dünya ilə vidalaşırdım və hər an ölə bilərdim. Deyirdim ki, Allahıma qovuşuram niyə qorxum? Qəbul eləmişdim. Ancaq Şükür olsun bu günə”.
Qeyd edək ki, İsgəndərlinin Rusiyada toy məclislərinin birində yoluxduğu deyilirdi. Əməkdar artistin ailəsi də sözügedən xəstəliyə yoluxmuşdu.