Fotosessiya
Fotosessiya

“Həm fırtınalıyam, həm də sakit”

“Həm fırtınalıyam, həm də sakit”

“Selena” serialının ulduzu Sinem Kobal yeni fotosessiya etdirib.

OLAY yazır ki, çoxdandır setlərdən övladlarına görə uzaq olan sənətçi “Hello” dərgisi üçün kamera önünə keçib. O, həmçinin müsahibə də verib. 

Sinem yeni xəyallar içində olduğunu etiraf edib:

“Dəli-doluyam, amma anı yaşamağa çalışıram. Zaman-zaman həm sakit, həm də fırtınalı oluram. Duyğuların heç birini əlimdə saxlamıram. Yaşamağa, hiss etmək və çevriliş etməyə fokuslanmış biriyəm. Bağlanan qapı qəzavü-qədərdirsə, bağlanan qapıya yox, açılan pəncərəyə baxmaq lazımdır. Gələcək üçün yeni xəyallar içindəyəm. Leyla və Lalinin də sənət, təbiət, musiqi ilə iç-içə böyüməsini istəyirəm”.

Aktrisa həm də analıq hissi barədə danışıb:

“Ana olmağı kəşf edirəm. Qızlarım məni günbəgün dəyişdirirlər. Bunun üçün minnətdaram. Anamı artıq çox yaxşı anlayıram. Kənan çox gözəl atadır. Onunla qürur duymaqla yanaşı, özümü də şanslı hesab edirəm”.   

Qeyd edək ki, Sinem Kobal 2016-cı ildə aktyor Kenan İmirzalıoğlu ilə ailə həyatı qurub. Cütlüyün iki övladı var.