İnfluenser və iş xanımı Şəfəq Məmmədova (Wefegm) müzakirələrə səbəb olacaq paylaşım edib.
OLAY yazır ki, o, faəlliyyəti yalnız instaqramla məhdudlanan bəzi şəxslərə sərt tənqid ünvanlayıb:
“İstedadlı və bacarıqlı insanlara o qədər həsəd aparıb, hörmət edirəm ki… Qoy, onlar lovğalıq etsin, “yekəxana” formada danışsınlar. Onların haqqı var. İstər rəqqas, musiqiçi olsun, istərsə də savadlı, bir neçə dil bilən insan. Mən həmin insanlara doğrudan da həsəd aparıram. Bir də başqa cür tiplər var ki, əlindən bir şey gəlmir. Ancaq bütün gün “mən-mən, mən etdim” və s. deyirlər. Onların ətrafında kimsə yoxdur ki, ona nəsə desin? Kimisi aldatmaq yalnız bir müddət olur da. Mahnıda deyildiyi kimi: “Bu dünya əliaçıqdır, hər adama bir dəfə şans verir”. Amma siz heç kəsə lazım deyilsiniz. Siz kimə lazımsınız?! İnstaqram o qədər “qəpik-quruş” adamları başımıza mindirir ki... həyatda heç bir mövqe tutmayan insanların instaqramdakı lovğalığı necə qıcıq verir”.