Fotosessiya
Fotosessiya

Ailəsi qəzaya düşən şahzadə ilə maraqlanmır

Ailəsi qəzaya düşən şahzadə ilə maraqlanmır

İngiltərə Kral ailəsi mayın 16-ı maşınla qəzaya düşən Şahzadə Herri və onun həyat yoldaşı Meqan Marklın vəziyyəti ilə bağlı maraqlanmır.

OLAY yazır ki, bu barədə “Independent” məlumat yayıb. Bildirilir ki, kral ailəsi cütlüyə zəng etməyib. 

Xatırladaq ki, Herri və xanımı Manhettendə baş tutan mükafatlandırma mərasimindən çıxarkən, paparatsiyalar tərəfindən izlənilib. Onlar jurnalistlərdən qaçmaq istəyən zaman zəncirvari şəkildə qəzaya düşüblər.

Qeyd edək ki, nüfuzlu cütlüyün səhhətinin necə olması barədə məlumat hələ də gizli saxlanılır.