Fotosessiya
Fotosessiya

“İstəyirəm məndən çox yaşayasınız”

“İstəyirəm məndən çox yaşayasınız”

“Məncə, insan həyatı iki hissəyə bölünür. Valideyn olmaqdan əvvəl və sonra. Qalan şeylər bu iki hissənin içində baş verir”.

OLAY yazır ki, bu sözləri aktyor Taleh Yüzbəyov övladlarının doğum günü ilə bağlı paylaşımına yazıb. O, hisslərini belə ifadə edib: 

“Təmənnasız sevginin nə olduğunu başa düşürsən valideyn olandan sonra. Həyat rəngini dəyişir elə bil. Dünya daha yaşamalı yer olur. Banu və Zeyd, sizə ən əsası yaxşı insan olmağı arzulayıram. Ağıllı və sağlam böyüyün. Elədiyiniz bütün səhvlərdə və düzlərdə yanınızdayam. İstəyirəm ikiniz də məndən çox yaşayasınız və həmişə xoşbəxt olasınız. Sizi çox istəyirəm! Ad gününüz mübarək!”.

Qeyd edək ki, T.Yüzbəyov influenser Xatirə Yüzbəyova ilə ailə qurub.