Fotosessiya
Fotosessiya

Elvin aktyorlara söz atdı

Elvin aktyorlara söz atdı

“Əziz aktyorlar, tənqidə açıq olun. Mənim və ya həmkarlarımın layihələrində yer alan aktyorlar, “relax” lütfən! Sizin 10,20, 30 il təcrübənizin olması, bu illər ərzində hər şeyi doğru etdiyiniz anlamına gəlmir”.

OLAY yazır ki, bu sözləri rejissor Elvin Rüstəmzadə instaqramda yazıb.  O, paylaşımında bəzi aktyorları tənqid edib:

“Əziz aktyorlar, tənqidə açıq olun. Mənim və ya həmkarlarımın layihələrində yer alan aktyorlar, “relax” lütfən! Sizin 10,20, 30 il təcrübənizin olması, bu illər ərzində hər şeyi doğru etdiyiniz anlamına gəlmir. “Aydınlanmaq” deyə söz var. Bu, bəzi şəxslərdə daha tez, bəzilərində isə  60, 70 yaşında baş verir. Belə gec olması isə “ölü bədən” kimi bir şeydir. 

Daha gənc, həvəsli vaxtınızda ayılın və özünüzə əsas sualı verin: “Mən görəsən, sənətimlə bağlı doğrudanmı olması gərəkəni edirəm?”. Yoxsa inciməyək, dost-tanışıq deyə, hamımız bir-birimizə “Əlasan” deməklə heç nə olası deyil. Daim sənətlə bağlı addımlarımızı sorğulamaq ümidi ilə…”.