Müğənni Səmra Rəhimli ötən gün Bakıda konsert verən rusiyalı repçi İnstasamka haqqında paylaşım edib.
OLAY yazır ki, sənətçi İnstaqram hekayəsində repçinin geyimini və performansını tənqid edib:
“Əsl artist sənətini sevən və keyfiyyətsiz işlər görməyəcək qədər sənətinə hörmət edəndir. Belələri isə bu işə kommersiya məqsədli yanaşırlar. Az xərc, çox gəlir məntiqi. Nə gəldi geyinib yola versinlər, necə gəldi performans sərgiləsinlər. Və ya qısacası özlərini heç yormasınlar. Əsas odur ki, sonda pullarını alsınlar və o puldan səhnə performansına o qədər xərc çəksinlər ki, özlərinə qalan qonorar azalmasın.
“Səni reklam edəcəyəm” deyib, heç kimə ödəniş etmirlər. Qara arxa fon, o xərc, geyim və makiyaj səhnəyə uyğun olmayan formada. Öz ölkələrində adi marketə gedəndə bundan yaxşı geyinirlər. Niyə ölkəmizdə konsert verəndə bunlar belə yola verirlər?”.