Fotosessiya
Fotosessiya

Fədayəyə Laçında ev bağışlanıb?

Fədayəyə Laçında ev bağışlanıb?

Moskvada yaşayan müğənni Fədayə Laçın ona Laçında bağışlanan evdən imtina etməsi iddiasına aydınlıq gətirib.

OLAY yazır ki, bu barədə o , instaqramda paylaşım edib.

Fədayə deyib ki, belə bir hadisə yaşanmayıb və ev bağışlansa yox deməz:

“Daha bezdim. Bu ev bizim deyil. Əgər mənə ev bağışlamaq istəyirsinizsə, ruslar demiş, olar. İmtina etmərəm. Dəliyəm, imtina edim? Amma çox sağ olun. Bu bizim ev deyil. Özü də mən deməmişəm evimizin izi qalmayıb. Demişəm ki, mənim doğulub, böyüdüyüm evi yandırmışdılar. Divarları qalıb, ona şükür”.