Haqqında 10 ay həbs qərarı çıxan Gülşenin vəkilləri açıqlama yayıb.
OLAY yazır ki, Altın Mimir və Emek Emre sosial şəbəkələrdə paylaşdıqları məlumatda qərara etiraz edəcəklərini bildiriblər:
“Müvəkkilimiz Gülşen Çolakoğlu ilə bağlı qəbul edilən hüquqa zidd, haqsız qərardan sonra “Gülşen cəzalandırıldı” başlığı ilə yayılan xəbərlərə görə açıqlama veririk. Gülşen avqustun 25-i qanundan kənar bir şəkildə olduğu yerdən götürülüb bölməyə aparılıb, ifadə verdikdən sonra saxlanılıb. Haqqında eyni suça görə sənəd hazırlanıb. O gündən indiyə qədər müvəkkilimizin yaşadıqlarının hüquqa zidd olduğunu bildirdik.
Məhkəmə Gülşenlə bağlı xalqı kin və nifrətə təhrik etmədiyinə qənaət gətirib, bəraət qərarı verməli olduğu halda, xalqın bir hissəsini siniflərə bölmək, din, məhzəp, cinsiyyət və ərazi fərqliliyi edərək aşağılama iddiası ilə cəzalandırdı. Bu vəziyyət müvəkkilimizin və bizim müdafiə haqqımızı məhdudlaşdıran bir yanlışdır”.
Həmçinin vəkillər bildiriblər ki, Gülşenin həbsi hüquqi baxımdan düzgün deyil. Qeyd edilib ki, qanun çərçivəsində müraciət edib, etirazlarını bildirəcəklər.