Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov “Survivor” yarışması ilə daha da populyarlaşan 6 qat Dünya çempionu, “Kobra” ləqəbli Pərviz Abdullayevlə bağlı paylaşım edib.
OLAY yazır ki, Pərvizlə fotosunu izləyiciləriylə bölüşən iş adamı onun uğurundan söz açıb.
“Dəyərli dostum Pərviz Abdullayev amerikalı rəqibi Omar Morenonu məğlub edərək möhtəşəm qələbəsi ilə bizi sevindirdi. Düşünürəm ki, Pərviz kimi idmançıların dəyəri bilinməli və onlara dəstək verilməlidir. Onlar bizim qürurumuzdur. Pərviz və onun kimi digər idmançılarımız dünya arenalarında Azərbaycanı təmsil edir, tanıdır, bizim müqəddəs bayrağımızı yüksəldirlər. Sizin qələbəniz Vətənimizin qələbəsidir! Var olun və hər zaman qalib olun!”, - deyə, Mənsimov vurğulayıb.