Fanatlar Karl Lagerfeldin sevimli pişiyinin 2023 Met Gala-da qırmızı xalçada görünəcəyinə ümid edirdilər. Çünki builki tədbir mərhum dizaynerə həsr olunub.
OLAY yazır ki, hələ də sağlam olan “Choupette”nin tədbirdə necə görünəcəyi maraqlı olsa da, Jared Letonun bu obrazda gələcəyini heç kim gözləmirdi.
Pişiyin özünün qalaya qatılmayacağı barədə günlər öncəsindən instaqramda açıqlama edilmişdi. Jaredlə yanaşı, Doca Kət də öz tərzində pişiyə eyham vurub.