Fotosessiya
Fotosessiya

“Ölən qardaşın nişanlısına necə başqa gözlə yanaşmaq olar?”

“Ölən qardaşın nişanlısına necə başqa gözlə yanaşmaq olar?”

Ötən gün sosial şəbəkələrdə, bir çox instaqram və “Tik-tok” səhifələrində şəhid Elçin Mustafayevin nişanlısının onun qardaşı ilə ailə qurduğu haqda görüntülər yayılıb.

OLAY yazır ki, sosial mediada geniş müzakirə olunan məsələyə sənətçilər də münasibət bildirib.

Müğənni Elvin Mirzəzadə bu barədə instaqramda yazıb:

"Kifayət qədər müasir düşüncəliyəm. Lakin bu məsələdə içimdəki səs baş verənləri şiddətli qınayır. Olmasın şəhid, olsun x bir şəxs. Ölən qardaşın nişanlısına necə başqa gözlə yanaşmaq olar? Kiminsə yatağına, özəl həyatına qarışacaq haqq görmürəm heç kimdə. Bəlkə, bu yazım da kənardan artıq qarışmaq kimi görünəcək. Amma beynim yanır. Əslində, məsələnin kökündə bizim mentalitetin boşluqları dayanır. "Qız bizimdirsə, elə ailəmizə də qismət olmalıdır" düşüncəsi, "yoldaşı şəhid olan qadının şəxsi həyatı ola bilməz" düşüncəsiylə vəhdət təşkil edərək cəmiyyətimizdə bu cür mənzərəyə səbəb olur. Hər qadının yaşamaq, başqası ilə ailə qurmaq şansı, haqqı var. Ancaq bu şəxs birinci dəfə nişanlı olan vaxtı ona qardaş olacaq biri olmamalıdır deyə düşünürəm. Nə bilim, bəlkə də yanlış düşünürəm. Allah xoşbəxt eləsin!".

Pərvin Lətifov isə bu barədə feysbukda fikirlərini bildirib. Müğənni düşüncələrini belə əsaslandırıb:

"Bəlkə mənim bilmədiyim bir vəziyyətdir, yaxud anlamıram düzdür, səhvdir... Heç nə bilmirəm. Bir onu bilirəm ki, bu balaca beynim heç cür qəbul etmir. Xəbəri oxuyanda ürpəndim birdən. Nə qədər beynimdə don geyindirməyə çalışdım, alınmadı. Deyənlər olacaq ki, cəhənnəmə qəbul etsin sənin beynin, amma yenə də fikrimi bölüşdüm".