Fotosessiya
Fotosessiya

Ciqan və Oksana evlilikləri barədə danışdı

Ciqan və Oksana evlilikləri barədə danışdı

Reper Ciqan və model Oksana Samoylova sosial şəbəkələrdə özlərini ön plana çıxarmaqları barədə şayiələrə münasibət bildirib.

OLAY yazır ki, onlar diqqət cəlb etmək üçün heç vaxt evliliklərindən sui-istifadə etmədiyi söyləyib.

“Biz heç vaxt belə reklam güdməmişik, amma təəssüf ki, populyarıq və bütün bunlar göz qabağındadır”, - deyə, Ciqan açıqlama verib.

Reper qeyd edib ki, həyat yoldaşından fərqli olaraq özü haqqında şayiələr və dedi-qodular onu narahat etmir. Samoylova etiraf edib ki, bəzən ittihamlardan narahat olur. Modelin dediyinə görə, əri ilə mübahisələrinin ictimailəşməsini istəmir.

Martda reper və həyat yoldaşı mübahisə edib. Musiqiçi həyat yoldaşının bloqunda birgə kadrlarda görünməyi dayandırdıqdan sonra pərəstişkarları ailədə fikir ayrılığından şübhələnirdilər.

Daha sonra məlum olub ki, reper Moskvadakı mənzilinə tək köçüb. O, bu addımını yeni albom yazdırmaqla izah edib. Daha sonra Samoylova bildirib ki, münasibətləri soyuqdur. Martda isə cütlük yenidən bir araya gəldiklərini elan ediblər.