Fotosessiya
Fotosessiya

Türk yazarın oğlu üçüncü mərtəbədən yıxıldı

Türk yazarın oğlu üçüncü mərtəbədən yıxıldı

Türk yazar və bloger PuCCanın (Selen Pınar Işık) oğlu binanın üçüncü mərtəbəsindən yıxılıb.

OLAY yazır ki, bu barədə bloger özü məlumat yayıb:

“Maraqlanan hər kəsə təşəkkür edirəm. Heç bir zəngə dönə bilmədim, çox təəssüf edirəm ki, danışacaq əhvalım yox idi, ömrümün 25 ili bir gündə getdi. Bacardığım qədər yazıram, indi də şokdayam. Batı 3-cü mərtəbədən yıxılıb, huşu yerindədir, qollarında sınıq var, dünən əməliyyat olunub. Sınıqların vəziyyəti bir az ağırdır, amma keçəcək. Hazırda o, gülür, pudinq istəyir, öpür, zarafat edir və həkimləri polisə şikayət edəcəyi ilə hədələyir. Bir müddət xəstəxanada qalacağıq. Əminəm ki, o, tezliklə bu fotodakı kimi ayağa qalxacaq. O, gözlədiyimdən də güclü oğlandır. Cümlələrim mənasız və qarışıq ola bilər, üzr istəyirəm, bir az da toplasam, uzun-uzadı izah edəcəm. Dua edənlərə təşəkkür edirəm”.