Fotosessiya
Fotosessiya

Rus bloger ölkədən qaçarkən saxlanıldı

Rus bloger ölkədən qaçarkən saxlanıldı

Rusiyalı bloger, məşhur şəxsi inkişaf marafonu “Arzular Marafonu”nun müəllifi və aparıcısı 918 milyon rubl (19 milyon manatdan çox) vergi ödəmədiyinə görə saxlanılıb.

OLAY yazır ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb. Qeyd olunub ki, Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi bloger Yelena Blinovskayaya qarşı vergidən yayınma və çirkli pulların yuyulması faktı üzrə cinayət işi açıb.

İstintaqın məlumatına görə, E.Blinovskaya əldə etdiyi gəliri aşağı qiymətləndirib və 2019-2021-ci illər üçün ümumi məbləği 918 milyon rubldan çox olan vergi ödəməyib.

Bildirilir ki, bloger Rusiya sərhədini avtomobillə keçmək istəyərkən saxlanılıb.