Fotosessiya
Fotosessiya

Yeqor Krid evlilik şayiələrinə son qoydu

Yeqor Krid evlilik şayiələrinə son qoydu

Müğənni Yeqor Krid İnstaqramda yeni sevgilisi ilə evlənəcəyi barədə xəbərləri təkzib edib.

OLAY yazır ki, Krid anası ilə yazışmalarını paylaşıb. Valideyni ona yaxınlaşan toy hasqda suallar ünvanlayıb.

Anası ailənin sənətçinin nişanından niyə xəbərsiz olması ilə maraqlanıb. Musiqiçi isə onu heç kimə evlilik təklifi etmədiyinə inandırıb. Yeqor bildirib ki, bu iddianı media nümayəndələri özündən çıxarıb:

“Mən təsəvvür edə bilərəm ki, nə qədər insan sarı mətbuata inanır, ictimaiyyət, qəzetlər, televiziyalar və sairə. Hətta anam da mənə sual verir”.

Qeyd edək ki, musiqiçinin nişanlandığını “Twitch” platformasında yayım zamanı elan etdiyi bildirilmişdi.

Apreldə ulduzun Anton Şastundan ayrıldığı məlum olub. Komediya ustası ürəyinin azad olduğunu etiraf edib.