Dünən “Barbi” filminin qala gecəsinə qatılan aktrisa Marqot Robbi və həmkarı Rayan Qoslinq fərqli imicdə görüntüləniblər.
OLAY yazır ki, filmdə Barbi və Ken obrazlarını canlandıran həmkarlar Las-Veqasda keçirilən qalada çəhrayı libaslarda kameralar önündə poza verib.
42 yaşlı aktyorun geyindiyi, “Barbie” kimi bir çox filmin rejissoru olan Qreta Gerviqin adı yazılan ağ köynəyi diqqətdən də yayınmayıb.