Fotosessiya
Fotosessiya

“Nazirlə şəkil çəkdirəndə heç nə dəyişmir”

“Nazirlə şəkil çəkdirəndə heç nə dəyişmir”

Aktyor Cövdət Şükürov ötən günlərdə keçirilən Kino Forumu ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o, tədbirə qatılan bəzi sənət adamlarına irad bildirib:

“Hardasan? Kino forumundayam, mənəm, təzə nazirdi, Rasim Balayevdi, oturmuşuq kinomuzun gələcəyindən danışırıq. 

- Sən orada neynirsən?

 - Hə, nə bilim, yerdən bilet tapmışdım. 

- Heç olmasa, təzə nazirlə şəkil çəkdir.

Əziz mədəniyyət işçiləri nazirlə şəkil çəkdirəndə heç nə dəyişmir. Vallah, etməyin, çox gülməli görünürsüz”.