Fotosessiya
Fotosessiya

Türk məşhurlardan İlon Maska etiraz!

Türk məşhurlardan İlon Maska etiraz!

Türkiyənin məhşur simaları İlon Maskın Tvitterdə tətbiq etdiyi yeni qaydaya fikir bildirib.

OLAY yazır ki, “mavi tık”ları əlindən alınan tanınan simalar məsələni zarafatla qarşılayıb. Onlar sözügedən şəbəkədə status paylaşaraq, təsdiq işarəsinin o qədər də vacib olmadığını vurğulayıb.

Aktyor Kerem Bursin adının yanına“Mavi Tik” yazaraq özünəməxsus tərzdə çıxış yolu tapıb.

Müğənni Edis “Təsdiq işarəm gedib, çox rahatlaşdım. Artıq məşhurluq dərdi çəkməyəcəyəm”,- deyə bildirib.

Mavi işarəsi əlindən alınan ifaçı Demet Akalın isə əsəbləşərək, İlon Maska səslənib:

“Hey, İlon Mask, sən olmayanda biz var idik. Mən “Tıksız” da Demet Akalınam. Bizi hamı tanıyır”.

Qeyd edək ki, “Twitter Blue” ya abunə olmaq üçün istifadəçilər  aylıq 8 dollar ödəniş etməlidir.