Aparıcı Samir Bayramlı yaddaşının zəifliyindən şikayətlənib.
OLAY yazır ki, bu barədə o, feysbuk sosial şəbəkəsində məlumat verib. Aparıcı qeyd edib ki, telefonunu getdiyi məkanlarda tez-tez unudur:
“Son zamanlar telefonumu haradasa yadımdan çıxartmağa adət etmişəm. Evdə, maşında ya da ki, başqa haradasa. Bayaq da məkanda unutmuşdum. Evə çatandan sonra gördüm ki, yoxdur. Başqa telefonla zəng vurdum dedilər ki, oradadır və sağ olsunlar gətirdilər. Bir neçə saat telefonsuz qaldım. İşin ucunda itirmək olmaması şərti ilə düşündüm ki, arada uzaq qalmaq elə də pis deyilmiş”.