Kral III Çarlzın keçmiş katibi Skat Vud onunla bağlı maraqlı xatirəsini bölüşüb.
OLAY yazır ki, Vud “twitter”də Kral III Çarlz və Keti Perinin fotosunu paylaşaraq onların ilk tanışlığından söhbət açıb:
“2019-cu ildə Kral və Keti ilk dəfə tanış olanda mən də orada idim. Ona dedim ki, uşaqlarım müğənnini çox sevir və mən onunla şəkil çəkdirmək istəyirəm. Əslində, qanuna uyğun olaraq, işçilər heç vaxt belə bir şey istəyə bilməzdi. Buna baxmayaraq, Kral Çarlz ifaçıdan mənimlə şəkil çəkdirməsi üçün xahiş etdi”.
Qeyd edək ki, Keti Peri mayın 7-də III Çarlzın tacqoyma mərasimində iştirak edəcək.