Fotosessiya
Fotosessiya

Meral Akşenerdən Hazala dəstək

Meral Akşenerdən Hazala dəstək

Türkiyənin İYİ Partiyasının sədri Meral Akşener həbsi istənilən aktrisa Hazal Kayaya dəstək olub.

OLAY yazır ki, bununla bağlı o, açıqlama yayıb: “Bir qadın öldürülürsə, hamımız haqqını müdafiə edəcəyik. Bir qadın susdurulursa, hamımız danışacağıq. Bir qadın haqsızlığa məruz qalırsa, hamımız qaya kimi dimdik yanında olacağıq”.

Qeyd edək ki, Hazalın İpek Er adlı gənc qıza təcavüz edib, onu intihara sövq etməkdə günahlandırılan Musa Orhanı təhqir etdiyi üçün dörd aydan iki ilə qədər həbsi istənilir.