Fotosessiya
Fotosessiya

Xalq artisti Çin səddində

Xalq artisti Çin səddində

Xalq artisti Ənvər Sadıxov Çinə yollanıb.

OLAY yazır ki, bu barədə “Qaytağı” ansamblının üzvü, musiqiçi Elvin Bəşirov paylaşım edib. O, sənətçi ilə Çin səddindən olan görüntüləri instaqramda izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, çinlilər bu səddə Vanli Çançen deyirlər. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Sin Şixuandi tərəfindən cəmi on ilə tikilib. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, təxminən 17000 km uzadılıb.