Türkiyəli model Ebru Şallı üzünün iflic olması barədə açıqlama edib.
OLAY yazır ki, “Bambaşka sohbetler” verilişində qonaq olan model xərçəngdən vəfat edən oğlu Parsın xəstəliyi müddətində keçirdiyi ağır günlərdən danışıb:
“Pars xəstə olarkən hər kəsdən uzaq olmaq qərarına gəldim. Hətta böyük oğlumu da təhsil alması üçün xaricə göndərdim. Həmin vaxt düşünürdüm ki, Pars xəstəlikdən sağalanda xəbərləri görüb özünü pis hiss etməsin.
Ona görə də, jurnalistlərdən xahiş etdim ki, bizim haqqımızda xəbər paylaşmasınlar. Sağ olsunlar məni dinlədilər. Yaxınlarım bilir ki, hədsiz stress səbəbi ilə üzüm iflic oldu, mimikalarımı hərəkət etdirə bilmirdim, amma heç kim anlamasın deyə, bir müddət normal şəkildə işimə davam etdim”.