Mərhum Əməkdar artist Tünzalə Əliyeva ilə bağlı həyat yoldaşı Röyal Babayev növbəti dəfə paylaşım edib.
OLAY yazır ki, o, instaqram hesabında aktrisanın fotosunu paylaşaraq aktrisa ilə vidalaşdığı anı xatırlayıb:
“Mən sevdiyim qadını- həyat yoldaşımı, Rəbbimin mənə yazısını, uşağımın anasını, öz əllərimlə reanimasiyaya apardım. Mənə deyəndə ki, niyə ağlayırsan? Cavab verdim ki, axı mən kobud adamam, heç vaxt ağlamaram. Güldü! Həkim dedi ki, aparata qoşuruq, çünki ciyərinin yarısı artıq məhv olub. Ürəyinin də 50 faizi işləmir. O gözəl xanım, yarım canı ilə yüz faizli ürəyi olan insanlardan daha qayğıkeş idi. Səhər tezdən zəng etdilər ki, qalxın yuxarı! Həkim xanımın dediyi sözlər hələ də qulağımdadır.
Yəqin ki, özü oxusa, deyəcək, doğurdan da belə cümlə qurmuşdum. Dedi ki, səhər saat 10- da bir dəfə halı pisləşib, ürəyi dayandı, aparatla geri qaytardıq. Saat 11- də isə dünyasını dəyişdi. Mən xanımdan bir ümidlə xəbər gözləyirdim ki, hər şey yaxşıdır. Amma o, “Allah rəhmət etsin” dedi. Mən o sözü eşitdim, çox təəssüf, ay ömrüm, yəqin yenə dolub- daşır ürəyim!”
Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.