Fotosessiya
Fotosessiya

“O büdcəyə 5-6 tamaşa qurmaq olardı”

“O büdcəyə 5-6 tamaşa qurmaq olardı”

Aktyor Kamran Ağabaleyev Teatr Forumu ilə bağlı tənqidi status paylaşıb.

OLAY yazır ki, feysbukda fikirlərini bölüşən sənətçi bu sözləri qeyd edib:

“Sosial şəbəkələrdən  Teatr Forumunun keçirilməsini izləyirəm. Təntənəli formada keçirilir, davam edir. Amması? O forumun bücdəsinə 5-6 yaxşı “mənəm-mənəm” deyən tamaşa qurmaq olardı. Mən sizə deyim, tamaşa qurmağa gəlib çatanda, deyəcəklər büdcəni foruma xərclədik. Büdcələr teoriyaya xərclənir, təəssüf praktikaya yox.

Film forumu da eləyin, canınız qurtarsın. Mədə niyyətli forumlar kimə lazımdır? Niyə mədə niyyətli? Az sonra görəcəksiniz! Tamaşa qurmağa, film çəkməyə büdcə olmadıqdan sonra….”.