Fotosessiya
Fotosessiya

Dəhşətli cinayəti törətməkdə şübhəlilərdən digərinin fotosu

Dəhşətli cinayəti törətməkdə şübhəlilərdən digərinin fotosu

İş xanımı, modelyer Elnarə Bəkirova atası Kamran Bəkirovu öldürməkdə şüphəli bilinən şəxslərdən biri ilə bağlı məlumat var. 

OLAY iş adamının qatillərindən biri olduğu iddia edilən Mustafa Zeynalovun fotosunu əldə edib. 

Şüphəlinin şəklini təqdim edirik:

Qeyd edək ki, aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.
Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.