Fotosessiya
Fotosessiya

“Sənə bunu edənlərin əlləri qurusun”

“Sənə bunu edənlərin əlləri qurusun”

İş xanımı, modelyer Elnarə Bəkirova qətlə yetirilən atası Kamran Bəkirovla bağlı açıqlama yayıb.

OLAY yazır ki, mərhumun fotosunu paylaşan modelyer valideynini qətlə yetirənlərin ən ağır şəkildə cəzalandırlmasını istəyir:

“Mənim dayağım atam, sənsiz keçən hər dəqiqə mənə ölümdür. Sənə bunu edənlərin əlləri qurusun. Qanun qarşısında ən ağır cəzanı almaları üçün əlimdən gələni edəcəyəm“.

Qeyd edək ki, aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.