Fotosessiya
Fotosessiya

Raksana ATV-dən getdi

Raksana ATV-dən getdi

Aparıcı və aktrisa Raksana İmir “Azad Azərbaycan” telekanalından ayrılıb.

OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb. Video paylaşan Raksana bu sözləri deyib:

“Əmək kitabçamı aldım. Və 8 ildir əməkdaşlıq etdiyim ATV telekanalı ilə sağollaşıram. Bu da son”.

 Daha sonra sənətçi hekayəsinə bunları əlavə edib:

“Bu gün öz istəyimlə mənə evim qədər doğma olan ATV ilə vidalaşdım. Bir gün haqq öz yerini tapacaq. Mənə isə yeni yolda uğurlar”.