Britaniyalı modelyer Meri Kuant 94 yaşında vəfat edib.
OLAY yazır ki, qısa ətəklərin yaradıcısı hesab olunan dizayner Surrey qraflığındakı evində vəfat edib.
1966-cı ildə “Britaniya imperiyası” ordeni ilə təltif edilən Kuant, ötən əsrin 60-cı illər modasının əsas yaradıcılarından biri hesab edilir.
Qeyd edək ki, 2021-ci ildə kinorejissor Sedi Frost onun haqqında “Meri Kuant: miniinqilab” adlı sənədli film çəkib.