Bir müddətdir müğənni Oğuzhan Koçdan boşanacağı barədə yayılan xəbərlərə aktrisa Demet Özdemir münasibət bildirib.
OLAY yazır ki, o, instaqram hesabında açıqlama yayaraq həyat yoldaşından ayrıldığını qeyd edib:
“Eviliyimizi bir müddətdir davam etdirə bilmədiyimiz barədə yazılan xəbərlər doğrudur. Qarşılıqlı sevgi və hörmət çərçivəsində aldığımız bu qərarın ailələrimizə və böyüklərimizə təsir edəcəyini bilirik. Ona görə də, onları incitməmək üçün əlimizdən gələni edirik. Sizdən də mövcud vəziyyətə qarşı həssas olmağınızı xahiş edirik”.
Qeyd edək ki, iki məşhur sima ötən ilin avqustunda ailə qurublar.