Hamiləlik stili ilə zaman-zaman müzakirə edilən dünyaca məşhur müğənni Rihanna yenidən gündəm olub.
OLAY yazır ki, ikinci övladını qucağına almağa hazırlaşan ifaçı sevgilisi Eysəp Raki ilə doğulacaq körpələri üçün alış-veriş edib.
Ririnin bu dəfə digər cəsarətli geyimlərindən fərqli olaraq sadə gündəlik tərzdə olması diqqət çəkib.
O, qara sadə geyimi və mavi gödəkçəsi ilə çox bəyənilib. Cütlük daha sonra birlikdə axşam yeməyi yeyib.