Fotosessiya
Fotosessiya

Orxan yenidən Bakıya gəldi

Orxan yenidən Bakıya gəldi

“AİD” ləqəbi ilə tanınan, keçmiş “HOST” qrupunun üzvü, Amerikada yaşayan reper Orxan Zeynallı yenidən Azərbaycana gəlib.

OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib. Bakıdan fotosunu izləyiciləriylə bölüşən Orxan bu sözləri yazıb:

“Mənim şəhərimdən hər kəsə salam. Beş yeni mahnımı da götürüb Vətənə gəlmişəm. Təqdimatlardan öncə isə sizə önəmli xəbərim olacaq. Gözünüz səhifədə olsun”.

Qeyd edək ki, 2022-nin oktyabrında 6 ildən sonra Azərbaycana gələn reper iki günlük konsert vermişdi.