Fotosessiya
Fotosessiya

Aygün Kazımova şəhidlərimizi yad etdi

Aygün Kazımova şəhidlərimizi yad etdi

Xalq artisti Aygün Kazımova ötən gün erməni təxribatı nəticəsində həlak olan hərbiçilərimiz ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi şəhidlərimizin fotolarını instaqram səhifəsində yayımlayıb:

“Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları- Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Allah rəhmət eləsin”.

Qeyd edək ki, dünən Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində 3 hərbiçimiz şəhid olub.