Fotosessiya
Fotosessiya

Keremdən Serenaya addım

Keremdən Serenaya addım

Serenay Sarıkaya çətin günlər keçirir.

OLAY yazır ki, buna aktrisanın Orfeus adlı itinin ölməsi səbəb olub. “Golden” cinsli köpəyin ölməsi barədə Serenay sosial mediada paylaşım edib. Ona dostları tərəfindən başsağlığı mesajları gəlib.

Bildirilir ki, sənətçiyə dəstək olanlar sırasında keçmiş sevgilisi, aktyor Kerem Bürsin də var.

Qeyd edək ki, cütlük münasibətlərini sonlandıran zaman ev heyvanlarının kimdə qalacağını müəyyənləşdirə bilmədikləri üçün aralarında mübahisə yaranmışdı. Nəticədə Orfeus Serenayda, Terrier isə Keremdə qalmışdı.